İtaliya nəşri İlham Əliyevdən yazdı

İtaliya nəşri İlham Əliyevdən yazdı
  07 İyul 2014    Oxunub:1105
İtaliyanın “Geosiyasi qeydlər” (Notizie Geopolitiche) nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasındakı çıxışı ilə bağlı məqalə dərc olunub. Məqalənin orijinalı ilə burada tanış olmaq olar. AzVision.az məqalənin tərcüməsini təqdim edir.
“Azərbaycanın müstəqillik illərindəki böyük inkişafı göstərir ki, iqtisadi və siyasi islahatlar uğura aparır”. – Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Stasburqda keçirilən Avropa Şurasının Assambleyasındakı çıxışında deyib. – “Həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət atmosfer yaradıb. Azərbaycanda bütün əsas azadlıqlar tanınır. Bizdə siyasi fəaliyyətlə məşğul olmaq azadlığı var. Yüzlərə siyasi təsisat və partiyalar var. İfadə və mətbuat azadlıqları var”.

Əliyev çıxışının əksər hissəsində ölkəsinin insan haqları və dini tolerantlıq sahəsində gördüyü işlərdən danışıb. Xatırlatmaq lazımdır ki, Azərbaycan Beynəlxalq Tolerantlıq Günü münasibətilə 2013-cü ildə dünyanın 5 ən tolerant ölkəsi sırasında yer alıb; əhalisinin əksəriyyətinə görə müsəlman ölkəsi hesab olunmasına baxmayaraq burada digər dinlərə dinc münasibət (təqdir olunur) var. “Dini azadlıq ölkəmizin digər böyük müsbət tərəflərindəndir - Prezident İlham Əliyev nümayəndə heyətlərinə xatırladıb - biz multi-etnik və müxtəlif dinlərə mənsub insanların yaşadığı bir cəmiyyətik. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşamışlar. Sədrliyimiz müddətində multikulturalizm dəyərlərinə diqqət prioritetlərimizidən biri olaraq qalacaqdır”.

Bu öhdəliyin aydın nümunəsini biz Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dünyanın mədəni irsi naminə çoxsaylı xeyriyyəçilik fəaliyyətində görə bilərik; Fondun ayırdığı maliyyə dəstəyi hesabına baxımsızlıqdan xilas edilən Romadakı Marçellinio və Pietro katakombalarının bərpasında olduğu kimi. Ağrılı Dağlıq Qarabağ məsələsinə də toxunan Əliyev açıq şəkildə beynəlxalq ictimaiyyətə müraciət edib. “Üzləşdiyimiz ən böyük problem beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün pozulmasıdır. Azərbaycan və Ermənistan arasında olan münaqişə bütün regiona təhlükə yaradır. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin beynəlxalq birlik tərəfindən tanınmış 20 faizi işğal edilmişdir. Azərbaycanlılar erməni quldurları və ordusu tərəfindən etnik təmizlənməyə məruz qalıblar - bununla Prezident Əliyev açıq şəkildə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş faciəvi soyqırımda 613 dinc sakinin, o cümlədən 106 qadının və 83 uşağın öldürülməsinə istinad edirdi - münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, işğal altındadır. Bu ən böyük ədalətsizlikdir”.

Əliyev nümayəndələrə bildirdi ki, “Ermənistanın keçmiş prezidenti burada- demokratiya evində danışarkən erməni və azərbaycan xalqlarının birgə yaşayışının mümkün olmadığını deyib. Onun varisi, hazırkı Ermənistan rəhbəri münaqişəni dini münaqişə kimi təsvir edir”. Daha sonra isə Əliyev qeyd edir ki, “Azərbaycanın başqa millətlərlə birgə yaşamaq kimi problemi yoxdur, Ermənistan isə mono-etnik dövlətdir, əhalisinin 99.9 faizi yalnız ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar ölkəni tərk etməyə məcbur ediliblər. Bu cür ayrıseçkilik danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni qaldırmalıyıq, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”.

Sonda Əliyev Azərbaycanda gender ayrıseçkiliyinin olmadığını və 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası zamanı qadınlara səsvermə hüququnun digər Avropa ölkələrindən daha tez verildiyini bildirdi. Emosional çıxışda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı narazılıq ifadə olunurdu. Bu sözlərdən hiss olunurdu ki, xalqının dəstəyi və razılığı Prezidentdə qurur hiss yaradır.


Teqlər:





Xəbər lenti