Bu ölkədə hicab qadağa olunur

Bu ölkədə hicab qadağa olunur
  05 İyul 2014    Oxunub:985
Avstriyada qadınların ictimai yerlərdə tamamilə sifətini örtən hicabların qadağan olunması ilə bağlı kampaniyaya başlanılıb.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Avstriya Azadlıq Partiyasının (FPO) rəhbərlərindən biri, ölkə parlamentin üzvü Haynz-Kristian Ştraxe öz “Facebook” səhifəsində “Avropanın islamlaşdırlmasına qarşı” şəkil paylaşıb. Fotoda sarışın qız əks olunub, onun yanında isə bu ifadə yazılıb: “Mən hicab üçün çox gözələm”.

Gələn həftə partiya bununla bağlı qanun layihəsini Avstriya parlamentinə təqdim etməyi planlaşdırır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti