Nazarbayev Zakir Həsənova məsləhət verdi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşüb.
Prezident Nursultan Nazarbayev qeyri-sabit geosiyasi və dünya iqtisadiyyatının böhranlı vəziyyəti şəraitində Qazaxıstanın qonşu ölkələrlə sıx hərbi əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək deyib: “Dövlətlərimizin əldə etdikləri birgə təcrübə, eləcə də hərbi sahədə ümumi təhsil, eyni tipli silahlarla təchizat, habelə xarici sərhədlərin mühafizəsinin ümumi məkanı sıx əlaqələrin gələcəkdə də qorunub saxlanmasından xəbər verir”.
Müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayan Qazaxıstan Prezidenti deyib: “Hazırda biz hərbi texnikanın bəzi hissələrinin digər dövlətlərlə birgə istehsalının Qazaxıstana köçürülməsi üzərində düşünürük. Bununla əlaqədar biz müvafiq birgə müəssisələrin yaradılmasını tamamilə dəstəkləyəcəyik. Qonşu ölkələrin iqtisadi və daxili siyasi vəziyyəti Qazaxıstana təsir edir. Ona görə biz qonşularımızın, müttəfiqlərimizin birlik çərçivəsində də uğurla inkişaf etmələrini səmimi qəlbdən arzulayırıq”.
Prezident Nursultan Nazarbayev müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb, iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb.(AzerTAc)
Teqlər: