Ərdoğan Ermənistanla sərhədləri açır - İDDİA

Ərdoğan Ermənistanla sərhədləri açır - İDDİA
  04 İyul 2014    Oxunub:1069
Türkiyədə keçiriləcək prezident seçkilərdində namizədliyini irəli sürən baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün növbəti addımlar atmağa hazırlaşır.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Tərəf” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə, baş nazir Dağlıq Qarabağ müharibəsinə görə, bağlanan Ermənistanla sərhədlərin açılması istiqamətində hazırlıq işlərinin tamamlanması ilə bağlı tapşırıq verib.

Məlumatda bildirilir ki, Türkiyə-Ermənistan sərhəddinin sentyabr ayında açılması planlaşdırılır. Bu adddım Türkiyənin həm ABŞ, həm də ermənistanla münasibətlərinin qaydaya salınması məqsədi daşıyır.

Qeyd edək ki, bu haqda rəsmi Ankara hər hansı mövqe ortaya qoymayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti