Ruslar ABŞ Konsulluğuna hücum etdi

Ruslar ABŞ Konsulluğuna hücum etdi
  04 İyul 2014    Oxunub:921
“Digər Rusiya” partiyası aktvistləri ABŞ-ın Sankt-Peterburqdakı Konsulluğuna tüstü bombaları atıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeydiyyatdan keçməyən partiyanın üzvləri bununla “Ukraynada müharibəni dəstəkləyən ABŞ-a öz etirazlarını bildirib”.

Məlumata əsasən, onlar ABŞ bayrağına oxşar bayrağı da yandırıblar. Aktivistlər həmçinin Konsulluq ərazilərinə çağırış vərəqələri də atıblar. Bu vərəqələrdə “Yankilər, evinizə dönün! Əlinizi Yeni Rusiyadan çəkin! şüarları yazılıb.

Konsulluq əməkdaşları aktivistlərdən birini saxlayaraq polisə təhvil verib. Digər şəxslər isə hadisə yerindən qaça bilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti