NATO gəmiləri Qara dənizə daxil oldu

NATO gəmiləri Qara dənizə daxil oldu
  04 İyul 2014    Oxunub:932
NATO-ya məxsus dörd hərbi gəmi Qara dənizə daxil olub.
AzVision.az-ın məlumatına görə, bu barədə “İnterfax” agentliyi hərbi-diplomatik mənbəyə istinadən xəbər verir.

Qara dənizin daxil olan hərbi gəmilər İtaliya, Yunanıstan və Türkiyəyə məxsusdur. Gəmilər Bolqarıstanın Burqas limanına yan alıblar. Onlar Bolqarıstanın Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi “Briz” adlı təlimlərdə iştirak edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti