Ermənilər Obamadan cavab gözləyir

Ermənilər Obamadan cavab gözləyir
  18 Aprel 2013    Oxunub:1344
Adam Şiff Barak Obamanı qondarma erməni soyqırımını tanımağa çağırıb.
Konqresmen Adam Şiff Birləşmiş Ştatların prezidenti Barak Obamanı “24 aprel erməni soyqırımı”nı tanımağa çağırıb.

Prezidentə ünvanlandığı məktubunda Adam Şiff yazır: “Mən sizi “erməni genosidi”ni tanımağa, builki çıxışınızda genosidi genosid adlandrmağa, soyqırımı qurbanlarının yaşayan nəslinin yanında olmağa çağırıram. Əks halda onların ağrı-acısı dinməyəcək və faciələri danıldığına görə alçalacaqlar.

Bir senator kimi, Siz ermənilərin Osmanlı İmperiyası tərəfindən kütləvi qırğına məruz qalmaları barədə dəfələrlə çıxış etmisiniz. Əksər tarixçilər, o cümlədən məşhur türk tarixçiləri də sizinlə həmfikirdirlər. “Erməni genosidi”ni ABŞ-ın bir sıra ştatları, o cümlədən dünya dövlətləri də tanıyıb”.

Qeyd edək ki, ABŞ prezidenti bu günədək məsələ ilə bağlı etdiyi çıxışlarında “erməni genosidi” ifadəsini işlətməyib. Odur ki, konqresmen onu “genosidi genosid” adlandırmağa səsləyir. Ermənilər isə Obamadan gələcək cavabın müsbət olacağı xülyası ilə gözləməyə davam edirlər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti