Prezidentin helikopterini raketlə vurdular

Prezidentin helikopterini raketlə vurdular
  04 İyul 2014    Oxunub:951
Əfqanıstan prezidenti Həmid Kərzayinin helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb.
AzVision.az xəbər verir ki, bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib. Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.

Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.

“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. (apa)


Teqlər:





Xəbər lenti