İŞİD 32 türkü sərbəst buraxdı

İŞİD 32 türkü sərbəst buraxdı
  04 İyul 2014    Oxunub:758
İŞİD uzun müddətdir ki, girov götürdüyü türk sürücüləri sərbəst buraxıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azad edilən sürücülərin TIR-ları isə geri qaytarılmayıb.

Azad edilən sürücülər isə mətbuata açıqlama veriblər. Sürücülərdən Ökkeş Şən isə girov tutulduqları müddətdə hər hansı bir əziyyətlə qarşılaşmadıqlarını bildirib. Lakin, sürücü 23 gün ərzində ölüm qorxusu ilə yaşadıqlarını söyləyib. Türk sürücülər bu gün axşam saatlarında Türkiyə sərhədindən keçərək öz vətənlərinə qayıdacaqlar.

Qeyd edək ki, 10 iyunda Mosulda 32 türk İŞİD tərəfindən qaçırılaraq girov götürülmüşdü.


Teqlər:





Xəbər lenti