Rusiya helikopterləri Ukraynaya daxil oldu

Rusiya helikopterləri Ukraynaya daxil oldu
  03 İyul 2014    Oxunub:909
Ukrayna sərhədçiləri Rusiya hərbi aviasiyası tərəfindən ölkənin hava məkanının pozulması faktını qeydə alıb.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlər üçün təşkil olunan mətbuat konfransında Ukrayna Milli Təhlükəszlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko bildirib.

“Bu gün sərhədçilərimiz Rusiya hərbi helikopterləri tərəfindən hava kəşfiyyatının aparılması və Ukrayna hava sərhədinin pozulması faktını qeydə alıblar. “Mi-8” tipli iki helikopter və “M-24” tipli vertolyot Belovodsk, Krasnotalivki, Kamışnık rayonlarında görünüb. Bu helikopterlər Ukrayna - Rusiya sərhədi boyunca nümayişkaranə şəkildə uçuşlar həyata keçirib” - deyə, Lısenko vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti