Olland və Merkeldən Putinə kritik zəng

Olland və Merkeldən Putinə kritik zəng
  03 İyul 2014    Oxunub:1026
Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel növbəti dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Ukrayna məsələsi müzakirə edilib.

“Tərəflər ötən gün atəşkəs rejiminin iki tərəfdən də təmin edilməsi üçün Berlində Almaniya, Rusiya, Fransa və Ukrayna xarici işlər nazirləri arasında imzalanan sazişin reallaşdırılmasının vacibliyinii vurğulayıblar” - deyə, məlumatda bildirilir.

Rusiya prezidenti telefon danışığı zamanı Ukraynada dinc əhali arasında ölənlərin sayının artmasından narahat olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti