Ərdoğanın var-dövləti açıqlandı

Ərdoğanın var-dövləti açıqlandı
  03 İyul 2014    Oxunub:803
Türkiyənin baş naziri, ölkə prezidnetliyinə namizəd Rəcəb Tayyib Ərdoğan var-dövlətinin siyahısını açıqlayıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir mülkiyyəti barədə Mərkəzi Seçki Komissiyasına rəsmi arayış təqdim edib.

Siyahıda göstərilib ki, Ərdoğanın Güneysu-Dumanqaya kəndində 2 min kvadrat metr torpaq sahəsi var. Bu torpaqların isə qiyməti 10 min türk lirəsi civarındadır.

Ərdoğanın bank hesablarında 3 milyon 390 min 384 türk lirəsi, 25 min avro və 199 min 867 dollar pulu var. Əldə edəcəyi pul isə 500 min türk lirəsi olaraq göstərilir.

Qeyd edək ki, MSK-ya baş nazirin var-dövlətinin siyahısnı onun vəkilləri Əli Özqaya və Bürhanəddin Sevəncan ilə müstəqil mühasib Ramazan Kocaboy təqdim edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti