İspaniya Mülki Qvardiyası şokolad qablarının içindən 4 tona yaxın həşiş müsadirə edib.
Bu barədə hüquq-mühafizə orqanlarının press-relizində deyilir. Belə ki, əməliyyat La Puebla del Rio (Əndəlüs muxtar icması) kəndində keçirilib. Narkotikin çoxu kiçik dozalara bölünərək şokolad qablarına yerləşdirilib. Faktla bağlı hələ ki, heç kim saxlanılmayıb.