Yeni müdafiə naziri təyin edildi

Yeni müdafiə naziri təyin edildi
  03 İyul 2014    Oxunub:1170
Ukraynanın yeni müdafiə naziri təyin edilib.
AzVision.az-ın “Unian” agentliyinə istinadən verdiyi məlumata görə, yeni müdafiə naziri Valeriy Qelatey olub.

Valeriy Qeleteyin bu vəzifəyə təyin olunması təklifi ilə şəxsən Ukrayna prezidenti Pyotr Poroşenko çıxış etmişdi. Ukrayna Ali Radası da prezidentin bu təşəbbüsünü dəstəkləyib.

Müdafiə naziri postuna təyin olduqdan sonra Qeletey Ali Radada çıxış edərək ölkədə sülhün əldə olunması və onun ərazi bütövlüyünün qorunması üçün əlindən gələni edəcəyini bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti