Obama: `Gərək saqqalını qırxasan ki, səni tanımasınlar`
ABŞ prezidenti Barak Obamanın fikrincə ABŞ milli yığmasının qapıçısı Tim Hovardın saqqal saxlamamalıdır.
“Tim mən bilmirəm ki, evə qayıdanda pərəstişkar kütləsindən canını necə qurtaracaqsan. Gərək saqqalını qırxasan ki, səni tanımasınlar”, -deyə Barak Obama futbolçu ilə telefon söhbətində bildirib.
“Biz səninlə fəxr edirik”,- deyə Obama əlavə edib.
Obama , həmçinin oyunçulara Braziliyada keçirilən futbol üzrə dünya çempionatında uğurla iştirak etdiklərinə görə təşəkkür edib.
Qeyd edək ki, futbolçu T. Hovard denya çempionatının 1/8 final görüşündə 16 seyv nümayiş etdirərək rekord qırıb və matçın ən yaxşı oyunçusu seçilib. Buna baxmayaraq ABŞ millisi 1:2 hesabı ilə Belçikaya uduzub.
Səbinə
AzVision.az