Putin və Rusiya Baş nazirliyinə namizədlər - Fotolar

   Putin və Rusiya Baş nazirliyinə namizədlər -    Fotolar
  10 May 2024    Oxunub:922
Xəbər verdiyimiz kimi, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən dərhal sonra Rusiya hökuməti istefa verib.
Nazirlər Kabinetinin yeni tərkibi Konstitusiyaya dəyişikliklər edildikdən sonra qüvvəyə minən yeni qaydalara əsasən seçiləcək. Yeni normalara əsasən, baş nazir və müavinləri Dövlət Duması tərəfindən təsdiqlənəcək.

Rusiya prezidenti Vladimir Putin ölkənin Baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini təklif edib. Bu barədə parlamentin Aşağı Palatasının sədri Vyaçeslav Volodin məlumat verib.

AzVision.az Rusiya liderinin indiyə qədər dumaya təklif etdiyi bu vəzifəyə namizədlərin siyahısını təqdim edir:


Vladimir Putin və Rusiyanın Baş naziri Mixail Kasyanov. 2000-ci il mayın 17-də bu vəzifəyə təyin edilib.


Vladimir Putin və Rusiyanın Baş naziri Mixail Fradkov. 2004-cü il martın 5-dən hökumətə rəhbərlik edib.


Vladimir Putin və Rusiyanın Baş naziri Viktor Zubkov. O, 2007-ci il sentyabrın 14-də vəzifəsinin icrasına başlayıb.


Vladimir Putin və Rusiyanın baş naziri Dmitri Medvedev. O, bu vəzifəyə 2012-ci il mayın 8-də təyin edilib.


Vladimir Putin və Rusiyanın Baş naziri Mixail Mişustin. 2020-ci il yanvarın 16-dan hökumətə rəhbərlik edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti