Keşiş Ermənistana baş nazir təyin etmək iddiasındadır - VİDEO

         Keşiş Ermənistana    baş nazir təyin etmək    iddiasındadır    -     VİDEO
  10 May 2024    Oxunub:1162
Azərbaycana məxsus 4 kəndin qaytarılmasına qarşı təşkil olunan şounun “lideri” erməni keşişi Baqrat Qalstanyan Ermənistanın baş naziri kreslosunu tutmaq iddiasında olmadığını, lakin tezliklkə həmin şəxsin adını açıqlayacağını bildirib.
AzVision.az erməni teleqram-kanallarının yaydığı məlumata istinadən xəbər verir ki, keçmiş prezident Robert Köçəryannın və ölkədəki revanşist qüvvələrin, habelə xarici dairələrin ssenarisi əsasında təşkil olunan etiraz aksiyalarının “lideri” rolunu oynayan keşiş Baqrat Qalstanyan Paşinyanı əvəzləyəcək fiqurun kimliyini müəyyənləşdirmək fikrindədir. Keşiş bunun üçün etiraz aksiyalarının məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıb.

“Dünən biz deputatlarla görüşüb onlarla hansı addımların atılacağını, hansı formada prosesin daha da irəli gedəcəyini müzakirə etdik. Onlar bu prosesi davam etdirib sona çatdırmağa hazırdırlar. Sonra baş nazirliyə namizəd lazım olacaq və bu namizəd elan ediləcək. Sizin rəğbət bəslədiyiniz və rəğbət bəsləmədiyiniz adlar müzakirə edilir, sonda barəsində razılığa gəlinəcək namizəd elan olunacaq ”, - Qalstanyan jurnalistlərə açıqlamasında deyib.

Çox güman ki, rəğbət bəsləmədiyiniz adlar dedikdə əsas oyunçuların əlində oyuncağa çevrilmiş keşiş Qalsatanyan sabiq prezident, şovinist Robert Köçəryanı nəzərdə tutur. Çünki bu oyunların arxasında dayananlardan biri olan Köçəryanı Ermənistan əhlaisinin, demək olar ki, 90%-i qətiyyən qəbul etmək istəmir. Keşişin açıqlamasının da məhz dünən İrəvanın mərkəzində keçirilən mitinqdən sabiq Müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə birbaşa keçmiş prezident Köçəryanla görüşə getməsindən sonra verməsi bu ehtimal üçün ciddi əsas yaradır.

Digər potensial namizədlərə gəldikdə isə, keşişin bəyanatından belə aydın olur ki, bu məsələdə də həlledici söz məhz Rusiyanın əlaltısı sayılan Robert Köçəryana, yəni dolayısı ilə Moskvaya məxsus olacaq.

Bu arada isə Ermənistanda hakimiyyətin devrilməsinin və keşiş Baqrat Qalstanyanın ən fəal adeptlərindən biri olan təbliğatçı rusiyapərəst Mikael Badalyan polsi tərəfindən saxlanıldığını bildirib.


Sahil İsgəndərov



Teqlər: Ermənistan   Qalstanyan  





Xəbər lenti