Ermənistanda etiraz: Revanşistlər İrəvan Universitetinə çatdı - Video

   Ermənistanda etiraz:  Revanşistlər İrəvan Universitetinə çatdı -    Video
  10 May 2024    Oxunub:1156
Ermənistanda revanşistlərin aksiyaları davam edir.
Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının nümayəndələri İrəvan Dövlət Universitetinə doğru hərəkət ediblər. Keşişin tərəfdarları İrəvan Dövlət Universitetinə daxil olaraq, tələbələri aksiyalara qoşulmağa çağırıb. Paytaxtın bir sıra ərazilərində küçələr bağlanıb.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları saat 18:30-da İrəvanın mərkəzindəki Respublika meydanında toplaşmağa çağırıb.

Xatırladaq ki, mayın 9-da B.Qalstanyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.

Qeyd edək ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti