Nalbandyan ATƏT-in səfiri ilə görüşdü

Nalbandyan ATƏT-in səfiri ilə görüşdü
  18 Aprel 2013    Oxunub:1238
Görüşdə Qarabağ məsələsi müzakirə edilib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi, səfir Andrea Deşitsa ilə görüşüb.

Ermənistan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Andrey Deşitsa qeyd edib ki, hazırda ATƏT-ə sədrlik edən Ukrayna konfliktin sülh yolu ilə həlli üçün əlindən gələni edir. Həmçinin Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.

Tərəflər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfəri ilə bağlı məsələləri müzakirə ediblər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti