“Kür”də gürcü mafiyası zərərsizləşdirildi

“Kür”də gürcü mafiyası zərərsizləşdirildi
  03 İyul 2014    Oxunub:1887
İtalya polisinin keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində 44 nəfərdən ibarət cinayətkar qrup yaxalanıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu qruplaşma İtaliyanın şimalında yerləşən evləri qarət edib.

İtaliya KİV-i hüquq-mühafizə orqanları əməkdaşlarının “rus mafiyası”na qarşı uğurlu əməliyyat keçirdiyini yazsa da, saxlanılan şəxslərin böyük əksəriyyəti gürcü əsillidir.

Gürcüstanın ən böyük çayının adını (Kür) daşıyan əməliyyat nəticəsində 45 kiloqrama qədər qızıl, 200 kiloqrama qədər gümüş zinət əşyaları, o cümlədən 3 milyona dəyərində qiymətli daş-qaş müsadirə edilib.









Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti