"Strateji qüvvələrimiz döyüşə hazır vəizyyətdədir" - Putin

"Strateji qüvvələrimiz döyüşə hazır vəizyyətdədir"    - Putin
  09 May 2024    Oxunub:727
"Rusiya hər şeyi edəcək ki, qlobal toqquşmanın qarşısını alsın".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qələbə Paradında çıxışı zamanı deyib.

"Rusiya heç kimə onu təhdid etməyə imkan vermir. Rusiya Federasiyasının strateji qüvvələri hər zaman hazır vəziyyətdədir və qlobal münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək", - o, beynəlxalq aləmə xəbərdarlıq edib.

Qeyd edək ki, səhər saatlarından Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad başlayıb. Paradda doqquz mindən çox hərbçi iştirak edir. Onların mindən çoxu Ukraynadakı müharibənin iştirakçısıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti