Husilər üç ticarət gəmisinə hücum edib

   Husilər üç ticarət gəmisinə hücum edib
  09 May 2024    Oxunub:562
Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançıları Ədən körfəzində İsrailə aid olduğu müəyyən edilən “MSC Dego” və “MSC Gina” ticarət gəmilərinə ballistik raket və PUA-larla hücum edib.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib. Bundan əlavə, hərəkatın sözçüsü husilərin “MSC Vittoria” gəmisinə iki dəfə hücum etdiyini bildirib.

Onun sözlərinə görə, gəmi Hind okeanı və Ərəbistan dənizində vurulub. Sariya iddia edib ki, husi qüvvələri gəminin gövdəsinə birbaşa zərbə endiriblər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti