Moskvada 6 Belarus vətəndaşını kölə edən qadın saxlanılıb - VİDEO
“Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları Moskva vilayətindən olan həmkarları ilə birgə əməliyyat keçiriblər. İlkin məlumata görə, saxlanılan şəxs vətəndaşları qul əməyinə cəlb etməkdə şübhəli bilinir. İlkin məlumata görə, cinayətkar Balaşixa şəhərindəki evlərin birində qanunsuz olaraq beş kişi və bir qadını zorən saxlayıb”, - mətbuat xidməti qeyd edib.
Baş idarə onu da əlavə edib ki, saxlanılan şəxs vətəndaşlara qarşı fiziki və psixoloji zorakılıqlar tətbiq edirmiş. Cani vətəndaşların sənədlərini və mobil telefonlarını götürərək onları dilənməyə məcbur edib. Eyni zamanda, özü də onların fəaliyyətlərini izləyib.
Tural Tağıyev
AzVision.az