Si Cinpin: Çin və Macarıstan qüvvələrini birləşdirməlidir

      Si Cinpin:    Çin və Macarıstan qüvvələrini birləşdirməlidir
  08 May 2024    Oxunub:773
“Çin və Macarıstan mühüm beynəlxalq problemlərin həlli və qlobal çağırışların qarşısının alınması üçün səylərini daha yaxından əlaqələndirməlidir”.
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Magyar Nemzet” qəzetində dərc olunmuş məqaləsində deyilir. Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq məsələlərdə əlaqələri gücləndirməli və qlobal çağırışlara qarşı mübarizədə qüvvələrini birləşdirməlidir.

“Həmrəylik və əməkdaşlığa sadiq qalmağımız, bəşəriyyətin sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlıq kimi ümumi dəyərlərini dəstəkləməyimiz və həqiqətən çoxtərəfli yanaşmanı qəbul etməyimiz vacibdir”.

Si Cinpin qeyd edib ki, dünyada misli görünməmiş dəyişikliklər gedir və nəticədə böyük problemlər yaranıb:

“Biz bərabər və nizamlı çoxqütblü dünyanı, hamıya fayda gətirən inklüziv iqtisadi qloballaşmanın tərəfdarı olmalıyıq, ortaq gələcəyi olan insan icması qurmağa daim çalışmalıyıq, dünya sülhünü qorumaq və ümumi inkişafı təşviq etmək üçün daha çox müsbət enerji sərf etməliyik”.

Çin Xalq Respublikası sədri vurğulayıb ki, beynəlxalq ictimaiyyət mühüm qlobal problemlərin həlli üçün birgə tədbirlər görməlidir. O, Çin və Macarıstanın beynəlxalq və regional vəziyyətlərlə bağlı oxşar baxış və mövqelərə malik olduğuna xüsusi diqqət çəkib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti