Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb

   Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb
  07 May 2024    Oxunub:1006
Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu çağırıb. Bu barədə Reuters Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Fransa hesab edir ki, növbəti dəfə diplomatik kanallarlardan məlumatı manipulyasiya etmək və qorxu yaratmaq üçün sui-istifadə olunur", - nazirliyin bəyanatında deyilir. Daha sonra əlavə edilir ki, Moskva məsuliyyəti başqalarının üzərinə qoyaraq Qərbi təhdiddə günahlandırır.

Rusiya həmçinin, hibrid hərəkətlər və kiberhücumlar vasitəsilə Avropa ölkələrində sabitliyi pozmaqda ittiham edilir.

Fransa Xarici İşlər Nazirliyi belə bir qərarı Fransanın Moskvadakı səfiri Pyer Levinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması faktına cavab olaraq verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti