Braziliyada daşqınlar: 85 nəfər ölüb, 134 nəfər itkin düşüb

   Braziliyada daşqınlar:    85 nəfər ölüb, 134 nəfər itkin düşüb
  07 May 2024    Oxunub:534
Braziliyanın cənubunda Rio Qrande-du-Sul əyalətində güclü yağış və daşqınlar nəticəsində 85 nəfər ölüb, 134 nəfər itkin düşüb.
Bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir. Məlumatda 200 nəfərin yaralandığı, 1,7 milyon sakinin daşqınlardan zərər çəkdiyi, minlərlə insanın evlərini qayıqlarla tərk etmək məcburiyyətində qaldığı deyilir.

Rio Qrande-du Sul əyalətinin qubernatoru Eduardo Leyte ərazidəki vəziyyəti "müharibə səhnəsinə" bənzədib və dağılmış əraziləri bərpa etmək üçün Marşal planına ehtiyac olacağını bildirmişdi.


AzVision.az


Teqlər:





Xəbər lenti