Ərdoğan istefa verməyəcək

Ərdoğan istefa verməyəcək
  03 İyul 2014    Oxunub:839
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olmasından sonra onun istefa verib-verməməsi gündəmə gəlib.
Müxalifət təmsilçiləri Ərdoğanın baş nazir postundan istefa verməsi tələbi ilə çıxış edərək AKP-nin ölkə qanunvericiliyə zidd davrandığını iddia edirlər.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ərdoğan haqda səslənən ittihamlara aydınlıq gətirib.

AzVision.az-ın məlumatına görə, AKP-nin sədr müavini Hüseyn Çəlik mətbuata açıqlama verərək Ərdoğanın baş nazir vəzifəsindən istefa verməyəcəyini bir daha diqqətə çatdırıb.

“Biz bundan öncə də bəyan etdik ki, başqanımız seçkilərə həm baş nazir, həm də partiya sədri kimi qatılacaq. Onun istefasından söhbət ged bilməz. CHP lideri Kamal bəy bu iddia ilə çıxış edirsə, nə üçün o seçkilərə qatılanda millət vəkili mandatından imtina etmədi?”.

Anar


Teqlər:





Xəbər lenti