Mirzoyan: İrəvan Bakı ilə ticarət yollarının açılmasını həll etmək istəyir

      Mirzoyan:    İrəvan Bakı ilə ticarət yollarının açılmasını həll etmək istəyir
  06 May 2024    Oxunub:1018
Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının məhdudiyyətsiz açılması məsələsi üzrə nizamlanmanı müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

“Biz nəqliyyat infrastrukturunu azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur, amma əgər varsa, Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yollar və ticarət yollarını açmaqdır”, - Mirzoyan Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymaq və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına yönəlmiş konstruktiv danışıqları davam etdirməyə hazırdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti