Zelenski axtarışa verildi

Zelenski axtarışa verildi
  04 May 2024    Oxunub:835
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib.
Bu barədə "Kommersant" məlumat yayıb. Qeyd edilir ki, belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub.

"Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.

Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti