Əfqanıstanda terror: 8 ölü

Əfqanıstanda terror: 8 ölü
  02 İyul 2014    Oxunub:889
Əfqanıstanda terror aktı törədilib.
AzVision.az-ın “Reuters”-ə istinadən xəbər verir ki, hadisə paytaxt Kabildə baş verib.

Terror aktı nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Partlayış hərbçiləri aparan avtobusun yaxınlığında törədilib. Ölən şəxslərdən 5-i Əfqanıstanın Hərbi Hava Qüvvələrinin əsgəridir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti