Davudoğlu baş nazir olacaq

Davudoğlu baş nazir olacaq
  02 İyul 2014    Oxunub:828
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olmasından sonra onun hazırki baş naziri postunu kimin tutacağı haqda müxtəlif iddialar səsləndirilir. Namizədlər arasında hazırki xarici işlər naziri Əhməd Davudoğlunun adı daha çox hallanır.
AzVision.az xəbər verir ki, İngiltərənin “Reuters” xəbər agentliyi də Davudoğlunun baş nazir olacağı haqda iddia irəli sürüb.

Agentliyin müxbiri Coni Hoqak Ədalət və İnkişaf Partiyasından (AKP) olan mənbəyə istinadən xəbər verib ki, partiyada son günlər bu məsələ ilə bağlı Əhməd Davudoğlunun adı daha çox hallanır. Digər tərəfdən isə Abdullah Gülün yenidən partiyaya sədrlik edəcəyi də iddia edilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti