Şimali Koreya raket sınaqları həyata keçirib

Şimali Koreya raket sınaqları həyata keçirib
  02 İyul 2014    Oxunub:1001
Şimali Koreyada iki yaxınmənzilli raket sınağı həyata keçirilib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, raketlər Koreya yarımadasının şərq sahillərindən Yapon dənizinə buraxılıb.

Məlumatda bildirilir ki, Şimali Koreya bununla da Çin prezidenti Si Çzinpin bu həftə Cənubi Koreyaya səfəri ərəfəsində regionda vəziyyəti yenidən gərginləşdirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Koreya gözlənilmədən Cənubi Koreyaya sülh təklif etmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti