İŞİD-in lideri: `Müsəlmanların intiqamını alacağıq` - VİDEO

İŞİD-in lideri: `Müsəlmanların intiqamını alacağıq` - VİDEO
  02 İyul 2014    Oxunub:1029
`İslam dövlətinə köçün`.
İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının lideri Əbubəkir əl Bağdadinin yeni səs qeydləri yayılıb.

AzVision.az xəbər verir ki, yayılan səs qeydində Bağdadi müsəlmanları cihada çağırıb.

Bağdadi bütün müsəlmanları `İslam Dövləti`nə köçməyə çağırıb və bildirib ki, `İslamın evinə gəlmək fərzdir`.

Eyni zamanda qruplaşma lideri qeyd edib ki, bütün dünyada müsəlmanlara qarşı edilən yalnışlıqların intiqamı İŞİD tərəfindən alınacaq.




Sevinc


Teqlər:  





Xəbər lenti