"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin mühüm meyarıdır"

   "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin mühüm meyarıdır"
  23 Aprel 2024    Oxunub:707
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində baş tutan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış edib.
AzVision.az xəbər verir ki, Prezidentimiz Türkiyə-Azərbaycan birliyinin region üçün xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

"Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələ birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses - Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, həm bizim, həmçinin Türkiyə Prezidentinin mövqeyidir", - dövlət başçısı vurğulayıb.

AzVision.az


Teqlər: Prezident   tədbir   çıxış   Türkiyə  





Xəbər lenti