Xankəndidə ilk körpə dünyaya gəlib

   Xankəndidə ilk körpə dünyaya gəlib
  23 Aprel 2024    Oxunub:630
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.
TƏBİB-dən AzVision.az -a verilən xəbərə görə, körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm-dir.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra edilib.

Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və vəziyyəti daimi diqqətdə saxlanılıb.

AzVision.az


Teqlər: Xankəndi   ilk-körpə   TƏBİB  





Xəbər lenti