Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bu rayonlara dolu düşüb -    FAKTİKİ HAVA
  23 Aprel 2024    Oxunub:583
Saat 16:30-a olan məlumata əsasən, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm dolu düşüb.

Bakı və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər: hava   dolu  





Xəbər lenti