Ərdoğan: `Nurçulardan tezliklə qurtulacağıq`
“Əgər türk xalqı məni prezident seçsə, mən “paralel dövlətlə” mübarizəni davam etdirəcəyəm. Biz bu çirkli təhsildən tez bir zamanda və hüquq müstəvisində qurtulacağıq. Həmçinin mən, kürd probleminin həll olunması prosesini davam etdirəcəyəm” – deyə Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) onun namizədliyini irəli sürəndən sonra çıxışı zamanı bildirib.
Ərdoğan prezident olacağı təqdirdə “yalnız bir partiya və qrupun prezidenti” olmayacağını xüsuilə qeyd edib: “Mənə səs verib-verməməsindən asılı olmayaraq, mən hər bir Türkiyə vətəndaşının prezidenti olacağam”.
Baş nazirin sözlərinə görə, bu prezident seçkiləri Türkiyə tarixində yeni səhifə açacaq: “Avqustun 10-u yalnız prezident seçilməyəcək. Bu vaxt Türkiyə tarixində yeni mərhələ başlayacaq”.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. Qələbə qazanmaq üçün prezidentliyə namizədlərdən biri seçicilərin 51 faizinin səsini toplamalıdır. Əgər namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməsə, avqustun 24-ü prezident seçkilərinin ikinci turu keçiriləcək. Qeyd edək ki, bu türkiyədə keçirləcək ilk ümumxalq prezident seçkiləri olacaq. Daha əvvəl prezidenti ölkə parlamenti seçirdi.
Eldar Tanrıverdiyev