Etirazçılar Sarayan küçəsindən keçən avtomobil yolunu bağlayıblar. Polis isə mütəmadi olaraq etirazçıları yoldan çıxartmağa çalışır. Eyni zamanda Yerevan polis idarəsinin rəhbərinin müavini polislərə küçəni təmizləmək barədə tapşırıq verib.
Etiraz aksiyalarına müxalifət liderləri Levon Zurabyan, Zarui Postandcyan, Arçvik Minasyan, Stepan Səfəryan və Armen Martirosyan da qatılıb.
Qeyd edək ki, bu gün Ermənistan hökumətinin verdiyi qərara əsasən avqustun 1-dən etibarən ölkədə elektrik enerjisinin tarifləri 10 faiz artacaq.
Eldar Tanrıverdiyev