İŞİD İraqda iki mindən çox adam öldürüb
Bu siyahıya yalnız “terror və zorakılığın” qurbanları olan şəxslər daxil edilib. Ölən və zərərçəkənlərin böyük əksəriyyəti mülki vətəndaşlardır.
Son bir ayda İraqda ölən şəxslərin sayının bu qədər çox olması İŞİD-in fəaliyyəti ilə bağlıdır.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev