İsrail Qəzzanı vurdu

İsrail Qəzzanı vurdu
  01 İyul 2014    Oxunub:950
İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorunda olan 34 hədəfə aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

İsrail qırıcıları HƏMAS-ın nəzarətində olan əraziləri atəşə tutub.
Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, üç yəhudi gəncin ölümünə görə, məsuliyyəti HƏMAS qruplaşması daşıyır.

Qeyd edək ki, dini məktəbdə təhsil alan yeniyetmələr iyun ayında İordan çayının qərb sahilində oğurlanıb. İyunun 30-da İsrail uşaqların öldürülməsi barədə xəbər yayıb. Onların cəsədləri Fələstin şəhəri olan Hevron yaxınlığında aşkarlanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti