Meksikada əməliyyat: 22 ölü
Hərbçilər və quldurlar arasında atışma paytaxt Mexikonun cənub-qərbində olub. Hadisə nəticəsində həmçinin bir əsgər yaralanıb.
Meksika prokurorluğundan bəyan edib ki, həlak olanlar arasında bir nəfər qadın da var. Onların hamısı narkotik alverçisidir.
Öncə quldurlar əsgərləri atəşə tutub. Meksikalı rəsmilərin bildirdiyinə görə, atışma cəmi bir neçə dəqiqə davam edib. Yaralılan əsgərin vəziyyəti sabitdir.
Eldar Tanrıverdiyev
Teqlər: