"Çingiz müəllim dedi ki, ya mənə göz dəyib, ya da ermənilər edib"

   "Çingiz müəllim dedi ki, ya mənə göz dəyib, ya da ermənilər edib"
  13 Aprel 2024    Oxunub:1394
Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Son vəziyyətini öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə əlaqə saxladıq. O AzVision.az -a bildirdi ki, onun zəhərlənməsi bir həftə qabaq olub:

"Ondan sonra Çingiz müəllimlə danışmışdım. Yaxşı idi. Zarafatyana dedi ki, ya mənə göz dəyib, ya da ermənilər edib. Heç nədən olub bilmirik. Yaxşılaşmağa doğru gedəcəyini düşündüm.

Mənim üçün də təəccüblü oldu. Evdə idi, hərdən gedib xəstəxanada sistem vurdurur, qanını təmizlətdirirdi. Son durumu ilə bağlı akademik Rafael Hüseynov məlumat alıb. Çox güman ki, yaxın saatlarda da dəqiq məlumat veriləcək".

Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti