Xaçmazda məktəb yanıb

   Xaçmazda məktəb yanıb
  09 Aprel 2024    Oxunub:1105
Xaçmaz şəhərində ümumi sahəsi 10020 m², (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində 36 m² sahəyə malik 1 otağında 3 ədəd kompüter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti