Diqqət: Teleqram hesabınız ələ keçirilə bilər

      Diqqət:    Teleqram hesabınız ələ keçirilə bilər
  09 Aprel 2024    Oxunub:998
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə AzVision.az -a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti