Bayden ABŞ-ın strateji neft ehtiyatını bitirib

   Bayden ABŞ-ın strateji neft ehtiyatını bitirib
  27 Mart 2024    Oxunub:1221
Son bir neçə il ərzində yeraltı anbarlardan yanacaq ABŞ-ın daxili bazarına aktiv şəkildə tədarük edilir. Hakimiyyət xammalın bahalaşması ilə belə mübarizə aparmağa çalışırdı. Nəticədə milli ehtiyatların təxminən 40%-i boşaldılıb.
AzVision.az xairici mətbuata istinadən xəbər verir ki, hazırda ABŞ-ın strateji neft ehtiyatı son 30 ildə ən aşağı səviyyədədir. Belə ki, indi seçki yarışında Co Bayden itkilərini kompensasiya etməyə çalışır.

ABŞ-ın Strateji Neft Ehtiyatı Luiziana və Texasdakı anbarlarda yerləşir. Anbarlar isə fövqəladə hallar üçün yaradılıb. 2021-ci ildə ABŞ-ın anbarlarında yanacağın həcmi 600 milyon bareldən çox olub. Son məlumatlara görə, indi onlarda cəmi 362 milyon barel qalıb.

Ehtiyatların nə qədər tükəndiyi bəlli olanda Baydenin reytinqləri daha da aşağı düşüb. ABŞ Energetika Nazirliyi neftin qiyməti məqbul olan kimi ehtiyatları bərpa edəcəyini bildirib. Analitiklər qeyd edirlər ki, ölkə idxalsız yaşaya bilməz.

AzVision.az


Teqlər:





Xəbər lenti