Gürcüstan “erməni soyqırımı”nı tanıyacaqmı?

Gürcüstan “erməni soyqırımı”nı tanıyacaqmı?
  17 Aprel 2013    Oxunub:1485
Ermənilər Gürcüstan parlamentində qondarma erməni genosidini tanımağı tələb edir.
Ermənistanın Gürcüstanda fəaliyyət göstərən dini və özəl təşkilatları Gürcüstan parlamentinə petisiya göndəriblər. Ermənilər Gürcüstandan “1915-1923-cü il genosidi”nin formal olaraq tanınmasını tələb edirlər. Petisiyada bildirilir:

“Ədalət və demokratik dəyərlər naminə sizi dünyanın sivil cəmiyyətinin təşəbbüslərinə qoşulmağa və Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilmiş “soyqırımı” müzakirə etməyə dəvət edirik”.

Qeyd edək ki, sözügedən erməni təşkilatları dəfələrlə analoji tələblə Gürcüstan hökumətinə və parlamentinə petisiya göndəriblər. Lakin onların tələbinə bu günədək cavab verilməyib. Erməni tərəfi budəfəki petisiyanın cavabsız qalmayacağına ümid etsə də, hər şey təbii ki Gürcüstanın qərarından asılı olacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti