500 hərbçiyə ev veriləcək

500 hərbçiyə ev veriləcək
  27 İyun 2014    Oxunub:1133
Bu il Azərbaycanda 500-ə yaxın hərbi qulluqçu ailəsinə xidməti mənzillərin açarları təqdim ediləcək.
AzVision.az saytı xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov bildirib.

Nazirin sözlərinə görə, hərbçilərin maddi təminatının yaxşılaşdırılması istiqamətində tədbirlə bundan sonrada davam edəcək.

“Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması, dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzində olduğu kimi, hərbi qulluçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi təminatının artırılması da onun diqqqət və qayğısı əhatəsindədir.

Hərbi qulluqçuların mənzil şəraiti yaxşılaşdırılır. Ötən illər ərzində yüzlərlə hərbi qulluqçu daimi və xidməti mənzillərlə təmin edilib. Bu il 500-ə yaxın hərbi qulluqçu ailəsinə xidməti mənzillərin açarları təqdim ediləcək. Silahlı Qüvvələrin birlik və birləşmələrində şəxsi heyətin xidmət və istirahət şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif təyinatlı yeni binalar tikilmiş, köhnə binalar və qurğular əsaslı təmir edilib yenidən istifadəyə verilmişdir. Bu iş bu gün də davam etdirilir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti