Ağalının körpə sakinləri: İlk addımlarını doğma yurdda atacaqlar

      Ağalının körpə sakinləri:  İlk addımlarını doğma yurdda atacaqlar
  28 Fevral 2024    Oxunub:2016
Zəngilan rayonunun Ağalı kəndində artıq doğulduğu gündən burada böyüyəcək 6 körpə var. Onlar ilk addımlarını Ağalıda atacaq, ilk sözlərini bu kənddə deyəcək və böyüyəcəklər.
Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova AzVision.az -a açıqlamasında bildirib ki, Ağalının körpə sakinlərindən 2-si qız, 4-ü oğlandır.

"Ağalıda xəstəxana olmadığı üçün körpələrdən 2-si Beyləqan rayon Mərkəzi Xəstəxanasında, digərləri Bakı şəhərində dünyaya gəliblər. Hamısı indi Ağalı kəndində böyüyür. Onlardan biri də mənim balaca qızım Rüqəyyadır.

Eyni zamanda 3 hamilə ana namizədimiz var ki, onlardan biri səhhəti ilə əlaqədar Bakıdadır".

AzVision.az Ağalının 6 körpəsinin şəkillərini təqdim edir:


Ağalının ilk körpə sakini Fidan


2-ci doğulan körpə Uğur


3-cü körpə Turan


4-cü körpə Aqil


5-ci körpə Rüqəyya


6-cı körpə Rəvan

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti