15 milyon dollarlıq dəfn

15 milyon dollarlıq dəfn
  17 Aprel 2013    Oxunub:1483
İngiltərənin ilk qadın baş naziri xanım Tetçer bu gün torpağa tapşırılacaq.
87 yaşında vəfat edən “dəmir leydi” üçün bu gün Müqəddəs Paul kilsəsində hərbi mərasim keçiriləcək.

1965-ci ildən Uinston Çörçilin ölümündən bu yana ilk dəfə baş tutacaq irimiqyaslı dəfn mərasimi üçün Big Benin zəngi susacaq. 48 il sonra şahzadə Elizabet ilk dəfə bir baş nazirin dəfnində iştirak edəcək.

Tetçerin nəşi gecəni parlament binasının altındakı kapellada keçirib və səhər saatlarında kilsəyə doğru yola çıxıb.

700-dən çox əsgər Tetçerə sayğı duruşunda dayanacaq. Alay hərəkət edərkən London Qülləsindən dəqiqədə bir top atəşi atılacaq ancaq təyyarələr uçmayacaq.

Kilsə qapısında Tetçerin tabutu Folkland müharibəsində iştirak etmiş birliklərdən seçilən əsgərlərin çiynində içəri aparılacaq.



Teqlər:





Xəbər lenti