Rusiya Ermənistanda aktiv təlimlərə başladı

Rusiya Ermənistanda aktiv təlimlərə başladı
  16 Aprel 2013    Oxunub:1440
Rusiya Silahlı Qüvvələrinin Cənubi Qafqazdakı birləşmələri aprelin əvvəllərindən aktiv təlimlərə start verib.
Ermənistandakı rus əəsgərləri 102-ci bazanın kəşfiyyat, snayper və artilleriya qruplarının bölük və tabor səviyyəsində döyüş atışları ilə təlimləri başa çatıb. Təlimlərdə «Qvozdika” tipli artilleriya qurğuları, «Qrad» reaktiv atəş sistemləri, «Konkurs» tipli tank əleyhinə idarə olunan raketlər, T-72B tipli döyüş tankları, «Şilka» tipli zenit topu və «Podnos» tipli minaatanlarından istifadə olunub. Bundan başqa, 102-ci bazanın 100 nəfərlik hərbi kəşfiyyatçıları Ermənistanın müxtəlif ərazilərində, Ermənistan Müdafiə Nazirliyinin zabitlərinin müşahidəçiliyi altında dəniz səviyyəsindən 2.5 min metr yüksəklikdə təlimlər keçiriblər.

Qeyd edək ki, aprel ayı ərzində Rusiyanın Ermənistandakı hərbi bazanın şəxsi heyətinin silahlanmasına 200 ədəd «Perunit», «Qrot» və «Briz» tipli müasir naviqasiya sistemləri, Şimali Qafqazdakı hərbi hissələrin kəşfiyyat bölmələrinin silahlanmasına isə «Fara-1» adlı yeni portativ radiolokasiya stansiyaları daxil edilib.



Teqlər:





Xəbər lenti